Bütün oyunları uduzan yığmamızın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı

16:00 Qadın futbolu 302
Bütün oyunları uduzan yığmamızın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi postu boşalıb.

Nərgiz Qurbanova artıq iş yerini tərk edib.

Buna səbəb komandanın Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxışıdır.

Belə ki, yığmamız B Liqasının 3-cü qrupunda Belçika (0:11), Sloveniya (0:3) və Farer adalarına (1:6) uduzaraq, sonuncu yeri tutub.

Bərbad nəticələri əsas götürən AFFA Qurbanovaya yeni müqavilə təklif etməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti