Yığmamızın baş məşqçisi hər şeyi qızların üstünə yıxdı

27 Oktyabr 2021 00:42 Qadın futbolu 755
Yığmamızın baş məşqçisi hər şeyi qızların üstünə yıxdı

“Monteneqro və Malta milliləri bizimlə eyni gücdə olan komandalardır.

Məqsədimiz bu oyunlardan qalib ayrılmaq idi. Monteneqro ilə matçda səhvlər buraxdıq və nəticədə 0:2 hesabı ilə məğlub olduq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Bakıda Maltaya 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis ilk hissədə yaxşı oynadıqlarını bildirib:

"Təəssüf ki, istədiyimiz qolu vura bilmədik. Fasilədən sonra səhv etdik və qapımıza penalti təyin edildi.

Qoldan sonra oyunda dönüş yaratmaq çox çətindir. Çünki komanda ruhdan, oyundan düşür".

Əsgərov vaxt azaldıqca sistemdə bəzi dəyişikliklər etdiklərini söyləyib:

"Bundan sonra komandam daha çox hücum etməyə başladı. Rəqib müdafiədəki boşluqdan istifadə edib ikinci qolu vurdu. İkinci qoldan dərhal sonra hesab arasındakı fərqi azaltmağa müvəffəq olduq.

Təəssüf ki, ikinci qolu vurmaq üçün vaxt çatmadı. Oyunun son dəqiqələrində yüz faizlik qol imkanını boşa verdik”.

Digər Xəbərlər
Xəbər Lenti