"Azərbaycanda heç bir vaxt Covid-19-un 2-ci dalğası olmayacaq"

17 Oktyabr 11:34 Problem 366
"Azərbaycanda heç bir vaxt Covid-19-un 2-ci dalğası olmayacaq"

Azərbaycanda hazırki mövcud reallıq nəzərə alınmadan, son günlər, koronavirusla bağlı bədbin tərzdə verilən məlumatları dinlədikdən sonra məni qəribə hisslər bürüdü.

Bəzi məlum səbəblərə görə özüm-özümə bir daha bu haqda yazmayacağıma söz versəm də, aşağıdakı qəlb ağrılarım, istəyimin ziddinə olsa belə, ardıcıllıqla sıralandı və onları hazırda gəlbində yalnız vətən sevgisi olan Sizlərlə bölüşməyi özüm üçün az da olsa, belə mənəvi rahatlıq bildim:

Bu gün damarlarında al qan- türk qanı axan hər bir Azərbaycanlının yeganə amalı, düşmən tapdağında olan müqəddəs vətən torpaqlarımızın azad olunması, zamanında xəyanət nəticəsində sındırılmış mənəviyyatımızın bərpası, ali, uca, əyilməz, yenilməz, məğrur türkçülüyümüzün bəşəriyyətə sübutu və bu müqəddəs yolda ölməzlik qazanmaq üçün, şəhidliyin əlçatmaz uca zirvəsinə yüksəlməkdir. Məhz bu yolda şəhid olanlar Azərbaycan var olduqca, yəni əbədiyyətə qədər, insanların qəlbində yaşayacaq, gələcək nəsillər onları daima xatırlayacaq və vətən sevgisi aşılamaqda öz övladlarına nümunə kimi göstərəcəklər. Yəni Bizim amalımız Vətən torpaqlarının işğaldan azad olmasıdır, koronavirus deyildir. Bunu dərk etmək istəməyənlər heç olmasa, Prezidentin xalqa son müraciətlərinə, Mehriban xanımın Ulu Tanrıya sidq ürəklə dualarına təkrar-təkrar qulaq assınlar.

Dərk etmık istəməyənlərə isə aşağıdakıları bir daha xatırladıram:

1. Ekstermal hallarda orqanizmin immun fəallığı maksimal dərəcədə gərildiyindən, tək koronavirusa deyil, ən öldürücü virus və mikrob infeksiyalarına, hətta bu günə qədər kauzal müalicəsi söhbət mövzusi belə olmayan onko - və digər destruktiv gedişli ağır patologiyalara qarşı həssaslıq və yoluxma riski, hətta sıfırın üstü səviyyəsinə belə enə bilir. Əsasında endogen mexanizmlərin stimulyasiyası və orqanizmin daxılı səfərbərliyin nəticəsi kimi patoğen amillərə qarşı hipohəssaslıq duran bu qanunauyğunluğa görə, Covid19-a yoluxmanın son bir neçə gündə kəskin artmasını nə dərk edə, nə başa düşə, nə də qəbul edə bilmirəm.

2. Covid19 ÜST tərəfindən pandemiya elan olunduqdan sonrakı 7 ayda bu problemi tədqiq edən, buna görə, müqəddəs vətənimizin əksər bölgələrini qarış-garış gəzib elmi müşahidə aparan və bu haqda 20-dən artıq silsilə məqalə yazan və xalqımızım maariflənməsi naminə paylaşım edən bir farmakoloq alim kimi tam məsuliyyət hissi ilə qeyd edirəm ki, Covid19-un 2028-2030-cı ilə kimi letallıq əmsalı yüksək ola biləcək heç bir mutasiya variantı olmayacaqdır. Əks hal mövcud, hakim təbabət qanunlarına ziddir.

3. Bizim bədən toxumamızın 90%-nı təşkil edən canlı mikroorqanozmlərin ən klassiklərindən biri, simbioz yaşadığımız və əbədi yol yoldaşımız olan KORONAVİRUSLARDIR. Odur ki, yuxarı tənəffüs yollarının ən adi virus, mikrob və s. iltihabı prosesə səbəb olan infeksiyası zamanı belə, genetik selektivliyinə görə, sevimli troplud yeri yuxarı tənəffüz yolu kiprikli epitel hüceyrələri olduğundan, Covid19 üçün ğötürülən PSR test sınağı mütləq mənada 4:1 nisbətində müsbət olmalıdır. Unutmaq olmaz ki, bu hal xəstəliyə yoluxmanın deyil, virus daşıyıcılığın ğöstəricisidir. Hətta xəstəlik baş verə biləcəyi halda belə, onlar bu xəstəliyi, 9:1 nısbətindən də az faizdə klinik əlamətsiz və yoluxdurma ehtimalı 1%-dən aşağı nisbətdə daşıyır.

4. Mən qəti əminəm ki, bu gün əhalımızin 70-80%-dən çoxunda Covid19-a qarşı kollektiv immunitet formalaşmışdır. Belə deyilsə, vaxtı ilə mənim təkid etdiyim, kollektiv şəkildə aparılacağına 2 ay bundan əvvəl söz verilmiş, lakin ilkin nəticələri haqqında bu günə kimi, hətta tibb ictimayətinin belə heç bir məlumatı olmayan, seroloji testlər haqqında müfəssəl olmasa da, bu testlərin sadəcə ilkin nəticələri haqqında məlumat verilsin. Anlaşılmayan və mənim dərk edə bilmədiyim bir həqiqət odur ki, bu gün döyüş gedən bölgələrimizdə belə, hər bir məlumat MN-i, hətta cənab Prezidentimiz, eləcə də onun sadiq əsgəri və xalqımızın sevimlisi Hikmət Hacıyev tərəfindən günün istənilən saatında xalqımıza çatdırılır. Məgər Covid19 haqqında məlumatlar xüsusi dövlət sirridir ki, bu haqda real məlumat və görülən işlər haqqında ölkə vətəndaşlarının məlumatlandırılması məhdud xarakter daşımalıdır. Nə isə...

5. Azərbaycanda heç bir vaxt Covid19-un 2-ci dalğası olmayacaqdır. Hazırda söylənilən artım yalnız nisbi xarakter daşıyır. Bu mənim mütləq, qəti və əlavə izahına məntiqi elmə əsasən zaman-zaman verdiyim son fikrmdir. Təkcə bu fikrimə görə deyil, son 7 ayda yazdığım hər bir məqalə və paylaşımlarda, etdiyim məsləhət və tövsiyyələrimdə,eləcə də Covid19-un proqnozuna münasibətdə hansısa bir xətaya yol verdiyim sübut olunarsa, adi bir vətəndaş kimi ən ağır cəzanı, hətta cinayət məsuliyyətini belə cəkməyə bütün vrlığımla hazıram. Yəni mən idrakı təfəkkürümün hər bir məhsuluna müqəddəs kitabımızın müqəddəs ayələri kimi inanıram.

6. Son sözüm isə odur ki, şəxsi gigiyena və ünsiyyət vərdişlərinə dönmədən əməl edin. Əksər ölkələrdə Koronavirusun yayılmasına xidmət edən adət və vərdişlər bizə yaddır və bu infeksiya bizim üçün faciləli sonluğa səbəb ola bilməz. Bu tək mənim istəyim deyil, bəzilərinin sadəcə görmək istəmədiyi və məlum səbəblərdən görməsin arzulamadığı reallıq və həqiqətdir.

Musa Qəniyev, ADTU-nun professoru

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 21:10 “Sabah”la oynamayacaq
24 Oktyabr 16:00 Bunları niyə yazıram?
24 Oktyabr 15:04 Ronaldodan əl çəkmir