Azərbaycala oyun ərəfəsində daha bir problem

20 Mart 2023 01:00 Problem 1 038
Azərbaycala oyun ərəfəsində daha bir problem

AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə qarşılaşacaq İsveç millisinin bir futbolçusu zədələnib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Karl Starfelt sıradan çıxıb.

28 yaşlı mərkəz müdafiəçisi Şotlandiya klubu “Seltik”in heyətində ölkə kubokunun 1/4 final mərhələsində “Harts”la qarşılaşmada zədələnib.

“Seltik”in 3:0 hesablı qələbə qazandığı qarşılaşmanın fasiləsindən sonra meydana çıxmayan Starfelt buna baxmayaraq, İsveç yığmasına dəvət edilib.

Skandinaviya təmsilçisinin baş məşqçisi Yanne Andersson müdafiəçinin zədələnməsindən xəbərdar olduğunu bildirib:

“Starfeltin zədəsi elə də ciddi deyil. Ancaq yenə də durumunu məşqlərdə bir daha görəcəyik”.

İsveç millisi martın 24-də Belçika, 27-də isə Azərbaycan yığmasını Solnada qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız