“Daha əvvəlki vaxt deyil, bu gün Azərbaycan komandaları...”

26 Yanvar 2025 22:30 Problem 1 154
“Daha əvvəlki vaxt deyil, bu gün Azərbaycan komandaları...”

“Hər iki çempionatda güclü və zəif komandalar var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin sabiq müdafiəçisi Əziz Quliyev deyib.

Vaxtilə “Bakı” və “Neftçi”nin formasını geyinən cinagh oyunçusu Premyer Liqamızın Rusiya elitasından geri qalması haqda fikir bildirib:

“Əminliklə deyirəm ki, Azərbaycanın iddialı komandaları buradakı iddialılardan zəif deyil. Azərbaycandakı ortabablar Rusiyadakı ortabablardan heç də geri qalmır.

Azərbaycanın istənilən komandası Rusiya Premyer Liqasının istənilən komandasına qarşı layiqli mübarizə apara bilər. İstər “Zenit” olsun, “Spartak”, “Lokomotiv”, ya da ÇSKA.

Daha əvvəlki vaxt deyil, bu gün Azərbaycan komandaları futbol oynamağı bacarırlar. Dövr dəyişib”.

Rusiyada dünyaya gəlmiş Əziz vaxtilə Azərbaycan U-21-nin şərəfini qoruyub. Berti Foqtsun dönəmində bir neçə dəfə əsas yığmanın toplanışlarına cəlb olunub,

2009/10 mövsümündə “Bakı” ilə ölkə kubokunu başı üzərinə qaldırıb. Əlqərəz, 2007-ci ildə Rusiyadan Azərbaycana gəlib, 2018-ci ildə buranı tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi