Deputat: “Legionerlərin milliləşdirilməsinə son qoyulmalıdır”

6 Sentyabr 2024 04:40 Problem 726
Deputat: “Legionerlərin milliləşdirilməsinə son qoyulmalıdır”

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev Paris Olimpiadasının nəticələri ilə bağlı xalqcebhesi.az saytına açıqlama verib.

Sportinfo.az həmin açıqlamanı təqdim edir:

- Qüdrət bəy,Olimpiada bu gün bitir,idmançılarımızın nəticələrindən razı qaldınızmı?

- Gözləntilərimiz daha böyük idi, amma buna da şükür. Mən qalibləri, onların məşqçilərini, Olimpiya Komitəsinin üzvlərini təbrik edirəm, daha böyük və yeni-yeni uğurlar arzu edirəm. Onu da qeyd etməyi özümə borc bilirəm ki, hökumət dövlətin idman siyasətinə yenidən baxmalıdır. Federasiya prezidentləri mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin rəhbərləri olmamalıdır. Onlar öz işləri ilə məşğul olmalıdırlar. Legionerlərin milliləşdirilməsi təcrübəsinə son qoyulmalıdır.

Olimpiadada bizi təmsil edən milliləşdirilmiş idmançıların sayı soydaşlarımızdan dəfələrlə çox idi. Bu reallıq ölkəmizdə idmanın inkişafının göstəricisi sayıla bilməz. Federasiya rəhbərləri milliləşdirilmiş idmançılardan tələb etməlidir ki, ən azından kurslra yazılıb dövlət dilində bir neçə kəlmə deməyi, öz azarkeşlərinə təşəkkür etməyi, yaxud onlardan üzr istəməyi öyrənsinlər. Çoxlarına bu kimi məqamlar çox kiçik görsənsə də, azarkeşlərdə narazılıq yaradır.

Biz özümüz idmançı hazırlamalı, uşaq idmanının inkişafı üçün dövlət proqramı qəbul etməliyik. Vəsait xarici idmançı cəlb etməyə yox, daha çox bu istiqamətə yönəldilməlidir. Avropa kubokları uğrunda yarışlara qatılan futbol klublarımıza baxın, meydana yalnız bir, ən yaxşı halda iki yerli futbolçu çıxır. Belə olmamalıdır, vəziyyəti dəyişmək üçün ciddi qərarların qəbuluna ehtiyac var. Bir daha bizə böyük sevinc yaşatmış qalibləri, onların ailə üzvlərini təbrik edirəm.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”