«Yeni AFFA rəhbərliyi özündən əvvəlkilər kimi əcnəbilərə üstünlük verir».
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında efirə gedən «Futbolumuz» verlişində Rövşən Nəcəfin prezidenti olduğu federasiyanın iş prinsiplərinə münasibət bildirib.
Tanınmış televiziya adamı deyib ki, qurumun başındakılar dəyişsə də, yanaşma dəyişməyib:
«Təfəkkür olaraq yenə dəyişən bir şey yoxdur. Vəzifələrə ancaq əcnəbiləri gətirirlər.
Təklifim budur ki, gedib caricdən mətbuat katibi də tapıb gətirsinlər.
200-300 min avro maaş versinlər, yanına da bir azərbaycanlı qoysunlar. AFFA-ya mühafizəçiləri də xaricdən gətirə bilərlər».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: