COP29

“Mən öldüm, artıq yoxam“ - Məşhur futbolçu heç nəyə ümidi qalmayıb

23 İyun 20:25 Problem 2 683
“Mən öldüm, artıq yoxam“ - Məşhur futbolçu heç nəyə ümidi qalmayıb

Keçən ilin payızında “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba 4 illik cəza alıb.

Fransalı futbolçunun bədənində dopinq aşkarlanıb. Poqba apellyasiya şikayəti verib, lakin hətta onun cəzası azaldılmış olsa belə, karyerasını davam etdirmək çətin olacaq.

Sportinfo.az “Reddit”-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun sözləri onun ümidsizliyə qapıldığını deməyə əsas verir:

“Mən öldüm. Pol Poqba artıq yoxdur”.

Poqbanın “Yuventus”la 2026-cı ilin ortalarına qədər müqaviləsi var. Dopinq əhvalatından sonra Turin klubunun futbolçuya ödənişləri dayandırdığı məlumatı yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu