"Qarabağ"ın bölgə səfərində BİABIRÇI OLAY

3 Aprel 2023 16:00 Problem 4 090
"Qarabağ"ın bölgə səfərində BİABIRÇI OLAY

Azərbaycan Premyer Liqasının 28-ci turunda "Şamaxı" evdə "Qarabağ"ı qəbul edib.

Qonaqların minimal hesablı (1:0) qələbəsi ilə başa çatan qarşılaşma kuryoz hadisə ilə yadda qalıb.

Belə ki, oyunun hakimlər briqadası yan xətt hakimləri üçün nəzərdə tutulan bayraqları özləri ilə gətirməyi unudublar.

Çarəsiz duruma düşən Rauf Cabbarovun köməkçiləri çıxış yolu kimi ehtiyat künc bayraqlarını çubuqlara taxaraq oyuna çıxıblar.

Maraq üçün bildirək ki, Cabbarovun bu matçda köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu