"De Byazinin 1 aylıq maaşına bu stadionu təmir etmək olar"

2 Aprel 2023 15:00 Problem 1 075
"De Byazinin 1 aylıq maaşına bu stadionu təmir etmək olar"

Premyer Liqanın 28-ci turunun maraqlı qarşılaşmalarından biri Gəncədə baş tutdu.

Burada yerli komanda “Səbail”I qonaq edirdi.

Qarşılıqlı hücumlarla keçən matçda yalnız bir qol vuruldu.

Abdullah Şuaybunun 69-cu dəqiqədə vurduğu yeganə qol “Kəpəz”ə vacib 3 xal qazandırdı.

Əslində qol epizodlarına baxası olsaq, matçda daha çox qol vurulmalı olduğunu gözləmək məntiqli olardı.

Amma buna gah futbolçuların ustalıq səviyyəsi, gah da bəxt amili mane olurdu.

Bir də meydanın ot örtüyünün çox yararsız vəziyyətdə olması.

Əbəs deyil ki, qarşılaşmadan sonra sosial şəbəkələrdə oyundan çox meydançanən acınacaqlı durumu daha çox müzakirə olundu.

İzləyicilər Gəncə Şəhər Stadionunun baxımsızlıqdan düşdüyü vəziyyəti ürəkağrısı ilə tənqid ediblər:

"De Byazinin 1 aylıq maaşına bu stadionu təmir etmək olar".

"Ot yayda 100% olacaq".

"Bu çəkiliş 2004-cü ilin çəkilişidir. Əsas odur oynamağa topları var".

"Ot? Hardadır".

"Baxımsızlıqdan belə olması heç də təəccüblü deyil".

"Ot hanı?".

"İdman nazirliyinin pulu qurtarıb yəqin".

"Yaxşı baxmırlar. Çöldə ot bitib, amma meydança belə gündə".

“Bu artıq dibə vurmaqdı.

Ayıbdı, rəzalətdi...”.

“De Byazinin 1 aylıq maaşına Gəncə stadionun ot örtüyün bərpa etmək olar”.

Ümid edək ki, cavabdeh şəxslər bu qədər qınaqdan dərs çıxaracaq və qısa müddətdə ölkənin ikinci böyük şəhərinin stadionunu abırlı hala salacaqlar. Onsuz da ideal vəziyyətə gətirmək müşkül məsələyə oxşayır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu