Etibar Pirverdiyev futbolla bağlı bu işi görməkdən niyə imtina etdi? - FOTOLAR

31 Mart 2023 11:20 Problem 708
Etibar Pirverdiyev futbolla bağlı bu işi görməkdən niyə imtina etdi? - FOTOLAR

AFFA gələn mövsüm I Divizionu maraqlı etməyin yolunu tapıb.

Premyer Liqa təmsilçilərinin əvəzedici heyətləri daha burada yarışmayacaq.

Onları ayırıb, öz çempionatlarını keçirəcəklər. Əvəzində Region Liqasından 4 komanda gətiriləcək.

Federasiya bəyan edib ki, seçim zamanı bölgə mənsublarına üstünlük veriləcək.

Qusar o şanslı rayonların siyahısaında göstərilir. Hazırda bu şimal rayonunu Region Liqasında 2 kollektiv - «Qusar» və «Şirvanovka» təmsil edir.

Onardan «Qusar» I Diviziona gəlməyə daha çox can atır. Maraqlıdır, istəklərinə çatsalar, ev oyunlarını harada keçirəcəklər?

Şövkət Orduxanovun adını daşıyan stadion illər əvvəl böyük masştablı təmir adıyla sökülüb. Nə varıydısa, hamısı yerlə bir edilib.

Yalnız bir müddət öncə Etibar Pirverdiyevin - «Azərenerji»ASC-nin sabiq prezidentinin yadına düşüb ki, rayonun mərkəzi hissəsində belə bir yer var və orada bütün işlər yarımçıq qalıb.

Vəzifədən uzaqlaşdırılandan sonra vaxtının çoxunu dəvə fermasına ayırdığı söylənilən Pirverdiyev, necə olubsa, yenidən stadionun mövcudluğunu xatırlayıb.

Böyük ehtmalla, buranı onun yadına salıblar. Deyiblər ki, şirkətinə məxsus arenanı söküb yerə qoymusan, indi də zəhmət çək, bərpa elə.

O da elə də böyük olmayan işçi heyətini sözügedən məkana yollayıb, ağır texnikanı əraziyə yeridib.

Axır bir neçə ayda bəzi işlər görülüb. Tribunaların fundamenti atılıb, meydança tullantılardan təmizlənib. Üzbəüz tərəfdə ikimərtəbəli lojanın «skelet»i qaldırılıb.

Təəssüf ki, yenidənqurma stadionun önünə vurulan təqdimat layihəsində göstərildiyi kimi getmir. Bərpa prosesi ləng aparılır. Bu minvalla 4-5 sonraya hazır olmayacaq. Azından 1-1,5 illik iş var hələ.

Arenanın ilkin proyektində ümumi tutumun 5000 nəfər təşkil edəcəyi, meydançanın üç tərəfdən tribunalarla əhatə olunacağı, geniş parkinq sahəsinin yaradılacağı həmin layihədə öz əksini tapmışdı.

Görünən odur ki, plan dəyişib və Pirverdiyev arenanı köhnə görkəminə qaytarmalı olub. Ya pulu çatmayıb, ya da ki, hansısa başqa problem çıxıb ortaya.

Bunu öyrənmək bizm sevindirərdi, nəinki müxtəlif və açığı, qulağa xoş gəlməyən bəzi-bəzi söz-söhbətləri eşitmək.

Güman edirik ki, gün gələcək, əsl həqiqəti də biləcəyik. Bəlkə də əsl həqiqət elə bu gün yerli futbol ictimaiyyəti arasında danışılanlar kimidir…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti