Qarabağ terrorçuları çarəsiz durumda

31 Mart 2023 03:10 Problem 379
Qarabağ terrorçuları çarəsiz durumda

Qarabağdakı separatçı-terrorçu rejimjn başçısı Arayik Arutyunyan oyuncaq “parlament”dəki siyasi qüvvələrin nümayəndələrinin iştirakı ilə “təhlükəsizlik şurası”nın növbədənkənar genişləndirilmiş iclasını çağırıb.

Məlumata görə, Arutyunyan qeyd edib ki, görüşün məqsədi indiki hərbi-siyasi vəziyyətdə mövcud olan problemləri birgə müzakirə etmək və lazımi qərarlar qəbul etməkdir.

A.Arutyunyan Azərbaycanın 2020-ci ildən bəri Üçtərəfli Bəyanatın müddəalarını mütəmadi olaraq pozmaqda ittiham edəcək qədər sərsəmləyib və 2022-ci il dekabrın 12-dən davam edən blokada kontekstində “artsax”da humanitar, sosial-iqtisadi, hərbi və siyasi təzyiqin ardıcıl gücləndirilməsindən danışıb. “Bizim çoxsaylı bəyanat və müraciətlərimizə baxmayaraq, beynəlxalq aktorlar bəyannamə xarakterli bəyanat və hərəkətlərlə kifayətlənməkdə davam edir və qəbul edilmiş mühüm qərarların icrasında qeyri-sabitdirlər. Buna görə də bizim vəzifəmiz vəziyyətin bütün mürəkkəbliyini və məsuliyyət dərəcəsini ayıq şəkildə qiymətləndirmək, mümkün yeni təhlükələrin qarşısını almaq üçün mövcud resursları və mexanizmləri qiymətləndirmək, lazımi nəticələr çıxarmaq və lazımi tədbirlər görməkdir. Əminəm ki, bizim ağlabatan addımlarımız Artsax Respublikasının həyati maraqlarını qoruyaraq və müdafiə edərək, bu çətin dövrün öhdəsindən gəlməyə kömək edəcək”, - deyə Arayik Arutyunyan bildirib və çarəsizliyini büruzə verib.

Terrorçuların oyuncaq “müdafiə naziri” Kamo Vardanyan əməliyyat vəziyyəti ilə bağlı məruzə edib. İclasın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Arutyunyan səlahiyyətli orqanlara bir sıra tapşırıqlar verib.

Digər Xəbərlər
Xəbər Lenti