Putinə görə İrəvana sərt xəbərdarlıq: “Qəbuledilməzdir…”

30 Mart 2023 16:10 Problem 214
Putinə görə İrəvana sərt xəbərdarlıq: “Qəbuledilməzdir…”

Rusiyanın Xarici İşlər Nazirliyi Haaqa məhkəməsi tərəfindən Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb.

Bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Moskva BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız qərarları fonunda rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - deyə, mənbə bildirib.

O qeyd edib ki, Moskva belə bir qərarın son dərəcə mənfi nəticələri ilə bağlı İrəvana xəbərdarlıq edib.

RIAN_6522506.HR-pic_32ratio_900x600-900x600-78229.jpg (113 KB)

Martın 24-də məlum olub ki, Ermənistan Konstitusiya Məhkəməsi BCM-nin Roma əsasnaməsindən irəli gələn öhdəlikləri tanıyıb. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir. Bundan sonra Roma əsasnaməsi Ermənistan parlamentində ratifikasiya edilməlidir. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan ölkənin Roma əsasnaməsinə qoşulmasını BCM-nin Azərbaycanı Laçın dəhlizinin blokunu açmaq öhdəliyi qoyması ilə izah edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavabında bildirib ki, Moskva Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda təsbit edilmiş öhdəliklərin tanınması ilə bağlı İrəvanla öz mövqeyini hələlik müzakirə etməyib. Ölkənin Milli Assambleyasının üzvü Arman Abovyan parlament tərəfindən ratifikasiya olunsa belə, “Ermənistanda ağıl başında olan kimsənin Putini həbs etməyəcəyinə əmin olduğunu” bildirib.

Roma əsasnaməsi Beynəlxalq Cinayət Məhkəməsini təsis edən müqavilədir. 17 iyul 1998-ci ildə İtaliyanın paytaxtı Romada keçirilən diplomatik konfransda qəbul edilib və 1 iyul 2002-ci ildə qüvvəyə minib. 2019-cu ilin noyabrına 123 dövlət nizamnamənin iştirakçısıdır.

BCM-nin yurisdiksiyasını tanıyan ölkələr bu qurumun qaydalarına, qərarlarına və sərəncamlarına əməl etməyə borcludurlar. Ermənistan 1999-cu ildə Roma əsasnaməsini mzalasa da, onu ratifikasiya etməyib. 2004-cü ildə ölkənin Konstitusiya Məhkəməsi bunu əsas qanuna zidd olaraq tanıyıb.

Yada salaq ki, martın 17-də Haaqadakı məhkəməyə hazırlıq palatası Rusiya prezidenti Vladimir Putin və uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belovanın həbsinə order verib.

Orxan ƏLİYEV

Digər Xəbərlər
Xəbər Lenti