Qarabağın Donbas və Kosovadan əsas fərqi - ermənilərin “suya düşən” arzusu

26 Mart 2023 20:30 Problem 532
Qarabağın Donbas və Kosovadan əsas fərqi - ermənilərin “suya düşən” arzusu

Rusiya baş diplomatı, erməni kökənli Sergey Lavrov martın 21-də Moskvadan Azərbaycanı faktiki hədələdi - Qarabağı Donbasla müqayisə eləməklə. Amma Lavrov-Kələntərovun İrəvana hətta bu reveransı da hayların “damağını” deyəsən islatmayıb. Məsələn, Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan dünən öz Twitter səhifəsində sırtıqcasına görün nə yazıb:

“Dağlıq Qarabağ bütün siyasi və hüquqi tarixi ilə nə Donetsk, nə Luqansk, nə də Kosovo ilə müqayisə edilə bilər, çünki o, bütün tarixi boyu muxtariyyət statusuna malik, son 30 ildə isə özünü müstəqil elan edən dövlət olub. Üstəlik, Qarabağ münaqişəsinin tarixi SSRİ-dən daha qədimdir, o ki ola SSRİ-nin süqutundan sonra yaranan konfliktlər. Ona görə də Qarabağ probleminin həlli yollarının axtarışında beynəlxalq birlik bütün tarixi-siyasi və hüquqi zəminləri nəzərə almalıdır, əks halda, istənilən həll problemin daha da dərinləşməsinə gətirəcək”.

Diqqət edin, belə bir hədyanı yazan hansısa sıravi erməni deyil, hakim komandanın üzvüdür. Bu da ölkəmizə qarşı rəsmən ərazi iddiasının növbəti parlaq təzahürü. Nikol Paşinyan da riyakarcasına dünyaya çar çəkir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq, özü də çoxdan. Ərazi bütövlüyünü tanımaq hara, daxili işlərimizə, daxili inzibati ərazi bölgümüzə qarışmaq hara?!

Doğrudur, SSRİ dönəmində (1923-1991) Azərbaycanın cismində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı “bəd xassəli şiş” olub. 1988-dən də “metastaz” verməyə başlayıb. Ona görə ki, bu, üzdəniraq qurum ədalətin yox, ədalətsizliyin göstəricisi, təntənəsi olub. Nədən ki, Ermənistan SSR qismində müttəfiq respublika mövcud ola-ola, bir ovuc Azərbaycan ermənisinə muxtariyyət statusunun verilməsi nonsens idi. Buna lüzum yox idi. SSRİ sərhədləri daxilində digər heç bir xalqa belə “lüks” tanınmayıb.

Əlbəttə ki, günahkarların başında Moskva gəlirdi – Azərbaycan dövlətinin altına DQMV adında “gec partlayan mina” qoyan Moskva. Yenə paritet naminə Ermənistan SSR-də kompakt şəkildə yaşayan yüz minlərlə azərbaycanlıya heç olmasa, mədəni muxtariyyət haqqı tanınsaydı, dərd yarıydı. Tanınmayıb. Tam əksinə, SSRİ dövründə Kremlin (Stalinin, Mikoyanın) cinayətkar planı əsasında onların böyük qismi 1948-1953-cü illər arası zorla deportasiya edilib, yerdə qalanı da 1988-1989-cu illərdə qovulub. Yəni Sovet İttifaqı dağılmaq (1991) ərəfəsində Ermənistan SSR artıq monoetnik respublika idi!

Bəs bu allahsızlıqların, etnik təmizlənmələrin hansısa cavabı olmalı deyildi? Olmalı idi. Ona görə DQMV ləğv edildi (1991, noyabr). Keçən il isə gec də olsa, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul olundu. Marukyan da gör nəyi qoyub, nəyi axtarır.

Yeri gəlmişkən, bu it az öncə Qarabağdakı köçmən ermənilərin “haqları”ndan danışarkən demişdi ki, 2-ci Dünya müharibəsindən sonra insan haqları ölkələrin daxili işi sayılmır. Bəs 2-ci Dünya müharibəsindən sonra qovduğunuz 300 mində çox azərbaycanlı insan deyil(di)? Kəsəsi, hara fırladırsan, haylar haqsız və cinayətkar çıxırlar. Qarabağdakı bir ovuc erməniyə xüsusi status istəyirsiniz? Olsun. O zaman siz də qərbi azərbaycanlıları öz yurdlarına qaytarıb eyni statusu onlara verin, məsələ bitsin. Necədir?..

İkincisi, "Qarabağ məsələsi" həqiqətən SSRİ-dən də “yaşlı problem”dir. Və onu da ilk növbədə “Qafqaz qaraçıları” yaradıb – öz havadarlarının diktəsi ilə. Türk dünyasına, Türkiyəyə qarşı. Bunu guya bilməyən var ki?

Gerçəkdən də tarixi torpaqlarımızda qurulan Ermənistan dövlətinin (ən azından Rusiya arxivlərindəki xəritələr bunu sübut edir) Azərbaycana qarşı əsassız ərazi iddiaları hələ Cümhuriyyət dövrünə gedib çıxır. Ancaq tarixi daim öz bildikləri kimi, baş-ayaq təqdim edib beynəlxalq ictimaiyyəti hiyləgərcəsinə çaşdırmağa çalışan, yalan-palanlar uydurmaqda mahir olan bu murdar və xəbis tayfanın nümayəndəsinin yadına salırıq: Azərbaycan Xalq Cümhuriyyəti İrəvan mahalını ona görə ermənilərə güzəştə getmişdi ki, yerdə qalan torpaqlarımıza, o cümlədən Qarabağa, Zəngəzura heç bir ərazi iddiaları olmayacaq. Ermənilər isə həmişəki kimi vədlərinə xilaf çıxdılar.

Qarabağın Donbasdan, Luqanskdan, Kosovodan bir mühüm fərqi də bu!

Haylar Naxçıvana belə, hələ də göz dikiblər. Hazırkı konstitusiyalarında isə Azərbaycanla yanaşı, qardaş Türkiyəyə də ərazi iddiası rəsmən əksini tapıb! Və bütün bunların fonunda onlar dünyadan - Qərbdən, Şərqdən, Rusiyadan, şamanlardan heyrətamiz riyakarlıqla ədalət istəyirlər - “erməni ədaləti”. Onu isə nə görən var, nə də eşidən. Çünki heç vaxt olmayıb. Tarixə belə bir şey məlum deyil. Sadə səbəbə: bir tanınmış rus tarixçi-akademikin sərrast dediyi kimi, ermənilər öz “qədim” tarixlərinə görə tarixə yox, “tarixçilərə” borcludurlar.

Özləri kimi, yalançı tarixçilərə, saxtakarlara (musavat.com)...

Zahid SƏFƏROĞLU

Digər Xəbərlər
Xəbər Lenti