Anlayan oldumu, görəsən?

25 Mart 2023 16:00 Problem 737
Anlayan oldumu, görəsən?

AVRO-2024-ün seçmə mərhələsinə məğlubiyyətlə başladıq. İlk yeddi «ələmə»də olduğu kimi.

Fərqli start gözləyirdik bu dəfə. Son beş oyunda qazanılan qələbə bizi bir az nikbin etmişdi.

İlk 26 dəqiqə ovqatımızı təlx eləmədi. Meydanda işlərimiz pis getmirdi.

Qapanmamışdıq. Müdafiə futbolu oynamırdıq. Mərkəz xətti tez-tez keçirdik.

Künc zərbələri yerinə yetirirdik. Tribunadan bizim futbolçulara yad əşyalar atırdlar.

Deyəsən, onların qapısı tərəfə yaxınlaşmağımız, korner nöqtəsindən topu havalandırmağımız avstriyalı azarkeşlərin xoşuna gəlmirdi.

Yerli publikanın artan təzyiqinə daha dözə bilmədik, 2 dəqiqə içində qapıdan iki top çıxardıq. Bəxtiyar Həsənəlizadə - Bəhlul Mustafazadə - Höccət Havqverdi triosu ilə müdafiəni təşktl eləmək fikri Canni De Byazinin ağlına haradan gəlmişdi, anlayan oldumu, görəsən?

Höccəti sağ cinahda oynadana mən necə normal təfəkkürlü məşqçi deyim, onu da bilmirəm. Höccət bu mövqedə özünü axmaq yerinə qoyulmuş biri kimi hiss edirdi.

Milliləşdirilmiş legoner istəməyərəkdən «konsert» verirdi və ev sahibləri həm onun, həm də Bəxtiyarın səhvlərindən bəxtiyar olmaq üçün əlindən gələni etdi.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti