Ombasından xəsarət alan yarımmüdafiəçi millimizin önünə çıxmayacaq?

22 Mart 2023 09:20 Problem 455
Ombasından xəsarət alan yarımmüdafiəçi millimizin önünə çıxmayacaq?

İsveç millisinin futbolçusu Deyan Kulusevski Belçika və Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunlarını buraxa bilər.

Sportinfo.az xəbər verir ki, "Tottenhem"də çıxış edən 23 yaşlı yarımmüdafiəçi səfərdə "Sauthempton"la 3:3 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqasının XXVIII tur matçında zədələnib.

Görüşün başa çatmasına 10 dəqiqə qalmış ombasından xəsarət alan gənc futbolçu oyunu davam etdirə bilməyib.

Kulusevskinin hansı müddətə sıradan çıxdığı bəlli deyil.

İsveç martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu