"Ermənilər 30 il ərzində Şuşada bədnam "Mxitaryanın villası"ndan başqa bir dənə də olsun…"

21 Mart 2023 19:30 Problem 389
"Ermənilər 30 il ərzində Şuşada bədnam "Mxitaryanın villası"ndan başqa bir dənə də olsun…"

"Qarabağda işğalçılar tərəfindən dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhər küllərindən yenidən doğulacaq".

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert ermənilərin 30 il işğalda saxladıqları Azərbaycan ərazilərindəki barbarlıqlarına diqqət çəkib:

"Xeyir şərə qalib gəlir. İşğalçılar ötən otuz il ərzində Şuşada bədnam "Mxitaryanın villası"ndan başqa bir dənə də olsun yeni bina tikməyiblər.

Eybəcər "xruşşovkalar"da yaşayıblar. O dövrdə şəhərin tarixi hissəsi sadəcə olaraq xarabalığa çevrilib. Ətrafdakı hər şey murdarlamışdılar: xarabalıq və alaq otları.

Otuz il - bu, böyük bir dövrdür, dəyişiklik isə olmadı.

İndi azad edilmiş Şuşaya əsl sahibləri - azərbaycanlılar gəldi, şəhər çiçəklənir. Nadir memarlıq şedevrləri, tarixi abidələr öz küllərindən yenidən doğulur. Yeni tikililər bu qədim Azərbaycan şəhərinin bənzərsiz simasına ahəngdar şəkildə uyğunlaşacaq.

Beləliklə, Qarabağda işğalçılar tərəfindən dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhər küllərindən yenidən doğulacaq".

Digər Xəbərlər
Xəbər Lenti