"Tezliklə sülhə dair cavabımızı Bakıya təqdim edəcəyik" - Paşinyan

17 Mart 2023 03:50 Problem 471
"Tezliklə sülhə dair cavabımızı Bakıya təqdim edəcəyik" - Paşinyan

"İrəvan tezliklə Bakının sülh müqaviləsinə dair növbəti təklifləri ilə bağlı öz rəylərini təqdim edəcək".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

O xatırladıb ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələrin 4-cü mərhələsinə keçib.

"Yaxın vaxtlarda bunu müzakirə edib müşahidələrimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq", - Paşinyan bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu