«Onun ürəyi ilə bağlı problem yaranıb, əməliyyat olunmalıdır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov deyib.
Onun bildirdiyinə görə, 19 yaşadək futzalçılardan ibarət millinin baş məşqçisi Ağatahir Əzimovun səhhətində yaranmış problem ürəklə bağlıdır.
Həkimlər bir müddətdir ürək ağrılarından əziyyət çəkən mütəxəssisi müayinə edib və əməliyyatın vacibliyi ilə bağlı xəbərdarlıq edib.
Əzimovun ürəyini anju etmək mümkün olmayıb, odur ki, açıq əməliyyat keçiriləcək. Çalışdırıcıya təcili qan bankı lazımdır və yaxınları bu məqsədlə müxtəlif şəxslərə müraciət eləyib:
"Əsas damarlardan biri tam tutulub. Ora stend qoymaq alınmadı.
Heç bir həkim ona risk etmədi. Ona görə də açıq əməliyyat keçiriləcək.
Federasiya belə dəstəyini göstərir. Baş məşqçi kömək üçün müraciət etməyib
Əməliyyat xərclərini icbari sığorta qarşılayacaq. Odur ki. əlavə vəsaitə ehtiyac yoxdur.
Ancaq üçüncü qrupa aid qan axtarırıq. Ağatahir müəllimin özü də, biz də soraqlaşırıq".
Yığmanı Avropa çempionatının əsas mərhələ oyunlarına İlqar Aslanov çıxaracaq. U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb.
Bu qrupun matçları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.

