Qarabağda yeni aprel döyüşləri anonsu - İran və Rusiya qarışmayacaq...

16 Mart 2023 16:30 Problem 705
Qarabağda yeni aprel döyüşləri anonsu - İran və Rusiya qarışmayacaq...

Ermənistanda Azərbaycanla yeni müharibədən bəhs edirlər.

Belə iddialar son proseslər, xüsusilə rəsmi İrəvanın sülh müqaviləsini müxtəlif bəhanələrlə imzalamaqdan imtina etməsi, zaman qazanmağa çalışmasına görə yaranan gərginlik fonunda gündəmə gəlir, o cümlədən beynəlxalq müstəvidə bu il Bakı və İrəvan arasında hərbi toqquşma proqnozlarından qaynaqlanır.

Bu barədə erməni siyasi fəal Avetis Babacanyan “Hraparak” nəşrində dərc olunan məqaləsində iddia edib.

Erməni fəal düşünür ki, Azərbaycan aprel ayının sonunda hərbi müstəvidə addımlar ata bilər. “Ermənistanın baş naziri Avropa ölkələrində sülh dilənir, xahiş edir və yalvarır ki, Azərbaycan hücuma keçsə, beynəlxalq birlik bunun qarşısını alsın. Paşinyanın Berlindəki çıxışı da bu səpkidə idi. Beynəlxalq birlik buna məhəl qoymaq fikrində deyil. Hərbi eskalasiya reallıqdan daha artıqdır. Avropalılar isə yenə əvvəlki kimi "mövqelərə qayıdın" çağırışı edəcək və hər şey bununla yekunlaşacaq. Altı aydır ki, ABŞ və Avropanın müxtəlif ölkələri Azərbaycanı sentyabr döyüşlərində nəzarətə götürdüyü ərazilərdən geri qayıtmağa çağırır, lakin bu, reallıqda heç nəyi dəyişmir. Yeni müharibə və yeni ərazilərə nəzarət zamanı da Azərbaycana yalnız şifahi çağırışlar ediləcək", - erməni şərhçi yazır.

Onun fikrincə, İran hazırda hücum təhlükəsi ilə üz-üzə olduğu üçün onun da reaksiyası şifahi bəyanatlardan uzağa getməyəcək: “Azərbaycan yeni hərbi addımlarını Mehridən, yəni İranla sərhəddən uzaqda ata bilər. Bunun Göyçə və Dərələyəz istiqamətlərində baş verməsi ehtimalı daha böyükdür”.

Qeyd edək ki, erməni müəllifin bu iddiası Qazağın işğal altında olan 7 kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlıdır. Azərbaycan tərəfi işğal altında olan kəndlərin sərhədin delimitasiya-demarkasiya prosesində qaytarılmalı olduğunu, əks təqdirdə, diplomatların yox, hərbçilərin danışacağını bildirib. Ermənistan tərəfi isə qeyri-konstruktiv mövqeyi ilə bütün sülh prosesini baltalayır. Ekspert hesab edir ki, Ermənistanı Rusiya xilas edə bilərdi, lakin Moskva da prosesə seyrçi qalacaq. “Bu, həm diqqətinin Ukrayna müharibəsində olmasından, həm də Paşinyanın anti-Rusiya siyasətindən qaynaqlanır”, - deyə o bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu