19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov sabah əməliyyat olunacaq.
Onun səhhətində yaranmış problem ürəklə bağlıdır.
Həkimlər bir müddətdir ürək ağrılarından əziyyət çəkən mütəxəssisi müayinə edib və əməliyyatın vacibliyi ilə bağlı xəbərdarlıq edib.
Əzimovun ürəyini anju etmək mümkün olmayıb, odur ki, açıq əməliyyat keçiriləcək. Çalışdırıcıya təcili qan bankı lazımdır və yaxınları bu məqsədlə müxtəlif şəxslərə müraciət eləyib.
Yığmanı Avropa çempionatının əsas mərhələ oyunlarına İlqar Aslanov çıxaracaq. U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb.
Bu qrupun matçları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.
SPORTİNFO.AZ

