Azərbaycan millisinin meydana çıxacağı stadion bərbad hala düşdü

15 Mart 2023 09:20 Problem 779
Azərbaycan millisinin meydana çıxacağı stadion bərbad hala düşdü

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya yığması ilə oynayacağı “Raiffeisen Arena” yararsız hala düşüb.

Sportinfo.az xəbər verir ki, yanvarda istifadəyə verilən stadionda cəmi 3 oyun keçirilməsinə baxmayaraq, ot örtüyü artıq bərbad vəziyyətdədir.

Bu isə həm ev oyunlarını orada keçirən LASK klubunun, həm də Avstriya millisinin futbolçularının narazılığına səbəb olub.

Yığmanın qapıçısı Aleksander Şlaqer ot örtüyündə yaşıllıqdan əsər-əlamət qalmadığını, yerin sürüşkən olduğunu bildirib.

Avstriya Futbol Assosiasiyası millinin rəsmi matçlarına qədər ot örtüyünün yaxşılaşdırılması üçün çalışmalara başlayıb.

Avstriya yığması martın 24-də Azərbaycan, bundan üç gün sonra isə Estoniya ilə “Raiffeisen Arena”da üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu