Tanınmış məşqçi Azərbaycan millisi ilə oyun ərəfəsində nədən narahatdır?

11 Mart 2023 16:40 Problem 582
Tanınmış məşqçi Azərbaycan millisi ilə oyun ərəfəsində nədən narahatdır?

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniyaya qarşı keçiriləcək oyun ərəfəsində narazılıq bildirib.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis zədəli futbolçuların çoxluğundan gileylənib.

Onun fikrincə, bütün bunlar seçmə mərhələnin ilk matçlarında komandalarına mənfi təsir göstərə bilər:

“Kapitan David Alabanın bu görüşlərdə iştirak şansı çox azdır. Hücumçu Marko Arnautoviç sağalsa da, Azərbaycanla qarşılaşmaya qədər yüz faiz hazır olmayacaq.

Müdafiəçi Filipp Lienhartın durumu qeyri-müəyyəndirsə, yarımmüdafiəçi Ksaver Şlaqer ilk rəsmi oyunları buraxacaq. Vəziyyətin bu həddə çatması bizi narahat etməyə bilməz”.

Avstriya martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini Linz şəhərində qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!