"Ermənistan öhdəliklərini yerinə yetirmir" - Sülh sazişi ilə bağlı açıqlama

11 Mart 2023 02:30 Problem 471
"Ermənistan öhdəliklərini yerinə yetirmir" - Sülh sazişi ilə bağlı açıqlama

"Ermənistan öhdəliklərini yerinə yetirmir, hərbi təxribatlarını davam etdirir".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 10-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşü zamanı bildirib.

Görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Münxen təhlükəsizlik konfransı zamanı liderlər arasında keçirilmiş görüşdən irəli gələn məsələlər,

Naxçıvana maneəsiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi və delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər müzakirə olunub.

C.Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb.

Nazir eyni zamanda, erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu