Ermənilərin sülhməramlılarla hərbçilərimizi qarşı-qarşıya qoymaq istəyi - VİDEO

10 Mart 2023 12:50 Problem 699
Ermənilərin sülhməramlılarla hərbçilərimizi qarşı-qarşıya qoymaq istəyi - VİDEO

“Qarabağda yaşayan ermənilərin məlum hərəkətləri Rusiya hərbçilərini təxribata sürükləmək məqsədi daşıyır”.

Bunu rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Qarabağda yaşayan ermənilərin martın 7-də avtomobil yolunu bağlayaraq Rusiya sülhməramlılarının xidmət aparmasına mane olmalarını BAKU.TV-yə şərh edərkən bildirib.

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər qəbul etməlidirlər ki, onların rahat yaşamaları üçün yalnız bir yolu var. Bu da dinc, könüllü şəkildə Azərbaycana hüquqi müstəvidə inteqrasiya olunmaq. Çünki Qarabağ Azərbaycandır! Bu və ya digər şəkildə bu proses başlayacaq və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan hər bir erməninin qarşısında bir sual dayanacaq. Azərbaycan Respublikasının vətəndaşı olmağa, Azərbaycan pasportu ilə bu ölkənin qanunlarına uyğun yaşamağa hazırsınızmı? Hansısa səbəbdən bu yolla getmək istəməyənlər böyük erməni icmalarının olduğu istənilən ölkəyə üz tutmalı olacaqlar. Məsələn, ABŞ-nin Kaliforniya ştatına, Fransaya, ya da elə Ermənistanın özünə”, - deyə hərbi ekspert qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!