İspaniyada yeni qrip dalğası yayılıb. Mütəxəssislər bu aylarda qripə yoluxmanın azalacağını düşünsələr də, əksi baş verir
İspanlar bunu "B qrip" dalğası hesab edirlər.
Məlumata görə, 20-26 fevral tarixləri arasında hər 100 min nəfərdə 258-i qripə yoluxub.
Mütəxəssislər bildiriblər ki, Covid-19-la bağlı görülən tədbirlərin nəticəsində insanların immuniteti zəifləyib. Ona görə də bu kimi qriplər geniş yayılır.
"Covid-19 immunitet sisteminə təsir etdi, bu, elmi olaraq müəyyən edilib”.
Bildirilib ki, B qripi dalğası xüsusilə 15 yaşa qədər uşaqlarda müşahidə olunur. İspan mətbuatı yazıb: "Son aylarda hərarətiniz, burnunuzdan axıntı və öskürək yoxdursa, şanslısınız".
Fransada da İspaniya kimi B qrip dalğasının yüksək səviyyədə olduğu bildirilib.

