"Krasnodar"da Kadiyə irad tutdular, xüsusi TAPŞIRIQ VERDİLƏR

9 Mart 2023 16:00 Problem 4 215
"Krasnodar"da Kadiyə irad tutdular, xüsusi TAPŞIRIQ VERDİLƏR

Bu ilin yanvarında 5 milyon avro qarşılığında "Qarabağ"ı "Krasnodar"a dəyişən Kadi Borges yeni klubunda problemlə üzləşib.

Rusiya klubunun baş məşqçisi Vladimir İviç braziliyalı vingerə fiziki hazırlığının yetərsiz olmasını irad tutub.

İki aydan çoxdur Premyer Liqa təmsilçisinin sükanı arxasına keçən serbiyalı mütəxəssis 26 yaşlı legionerə artıq çəkidən qurtulmaq üçün vaxt verib.

"Krasnodar"la 2 illik müqavilə imzalamış serbiyalı mütəxəssis "sambaçı" klubun tibbi personalına "sambaçı" üçün xüsusi dietik resept yazmağı və onu gündəlik nəzarətdə saxlamağı tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi