Bölgə klubu "Sportinfo" vasitəsilə AFFA-dan imdad dilədi: "Kömək edin" - - VİDEO

7 Mart 2023 19:40 Problem 1 009
Bölgə klubu "Sportinfo" vasitəsilə AFFA-dan imdad dilədi: "Kömək edin" - - VİDEO

Region Liqasında çıxış edən “Ərgünəş” AFFA-dan dəstək istəyib.

Bu barədə Füzuli komandasının kapitanı Kamal Quliyev federasiya rəsmilərinə müraciət edib.

Video müraciətdə təcrübəli futbolçu “Füzulidə futbol hər zaman olub. Xahiş edirəm ki, köməklik göstərsinlər rayonun stadionu bərpa olunsun. Futbol Füzulidə sevilir” – deyə bildirib.

Klubdan Sportinfo.az-a bildirilib ki, komanda hazırda məcburiyyətdən ev oyunlarını Beyləqanda keçirir.

Horadiz Olimpiya Kompleksinin stadionu bərbad vəziyyətdədir. Hazırda arena qoyunların otlaq sahəsinə çevrilib.

Nə rayondan olan iş adamları, nə də İcra Hakimiyyətinin başçısı kluba heç bir dəstək göstərmir.

Belədə isə komandanı yaşatmaq böyük çətinliklər bahasına başa gəlir.

Xatırladaq ki, “Ərgünəş” komandasının təsisçisi Atəm Ağayevdir. Atəm bəy Azərbaycan millisinin və “Qəbələ”nin qapıçısı Səlahət Ağayevin qardaşıdır.

O, həm də bölgə klubunun baş məşqçisidir.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi