Qatar qəzasında 36 nəfər öldü, Ağayev meydana çıxmalı oldu

2 Mart 2023 00:30 Problem 781
Qatar qəzasında 36 nəfər öldü, Ağayev meydana çıxmalı oldu

Bu gün "Olimpiakos" və AEK arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub.

Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

Hələlik qarşılaşmanın yeni tarixi açıqlanmayıb. İlk matçda AEK komandası 3:0 hesablı qələbə qazanıb.

"Olimpiakos" - AEK oyununa Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu