“Azərbaycan-Ermənistan sülh müqaviləsi danışıqlarının təşkilinə kömək etməyə hazırıq"

1 Mart 2023 03:20 Problem 409
“Azərbaycan-Ermənistan sülh müqaviləsi danışıqlarının təşkilinə kömək etməyə hazırıq"

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə kömək etməyə hazırdır, lakin öz xidmətlərini təkidlə təklif etməyəcək”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi buna hazır olduğunu bildirib, Ermənistan tərəfi isə etiraz etmir, lakin hələlik yekun razılıq vermir.

“Biz Ermənistan və Azərbaycan arasında belə görüşlərin davam etdirilməsi üçün imkanlar yaratmağa hazır olduğumuzu bir daha təsdiqlədik”, - Lavrov bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu