"Onlar vəziyyəti anlamalı, başa düşməlidirlər ki..."

1 Mart 2023 03:10 Problem 598
"Onlar vəziyyəti anlamalı, başa düşməlidirlər ki..."

"Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin müzakirələrində iştirak edir.

Lakin burada əsəbilik nümayiş etdirmək lazım deyil".

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, Rusiya heç bir rol oynamaya bilməz. Çünki münaqişə zonasında məhz Rusiya sülhməramlılarının yerləşdirilib.

“Bununla yanaşı, digər aktyorların müsbət bir şey etməyə çalışdığı zaman Moskvanın əsəbi reaksiyasını lazımsız hesab edirəm. Reaksiya böyük bir siyasi qurumun olması lazım olduğundan daha emosionaldır.

Məncə, onlar daha sakit və təmkinli olmalıdırlar. Onlar vəziyyəti anlamalı, başa düşməlidirlər ki, Ermənistanın öz maraqları var,

Ermənistanın geosiyasi proseslərdən, kiminsə istəyindən, qısqanclığından asılı olmayaraq, həll edilməli olan təhlükəsizlik problemləri var”, - deyə, Alen Simonyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi