Bakı və Xankəndi arasında əsl dialoq...

27 Fevral 2023 17:30 Problem 2 054
Bakı və Xankəndi arasında əsl dialoq...

"Son bir neçə gündə mən Qarabağ ətrafında bir sıra maraqlı hadisələr müşahidə edirəm.

Artıq elektrik və qazın bərpası haqqında hesabatlar daxil olub. Bu kontekstdə mən hər şeyin doğru istiqamətdə getməsi ilə bağlı tam ümidliyəm".

Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“Bizim kulis arxasında, eləcə də ictimaiyyət arasında fərqli kontaktlarımız olub. Biz əminik ki, Qarabağ əhalisi, yerli ermənilər yaşadıqları ərazidə özlərini təhlükəsizlikdə hiss etməlidirlər və bunun üçün Bakı və Xankəndi arasında əsl dialoqun (?) başlanması önəmlidir”, - o bildirib.

Jurnalistin Bakı ilə Xankəndi arasında dialoqa hansı beynəlxalq mexanizmin zəmanət verəcəyi ilə bağlı sualına Klaar belə mexanizmin olmadığını deməklə cavab verib:

“Mənim üçün əsas təkcə bağlı qapılar ardında baş verən proses deyil. Aydındır ki, bəzi müzakirələr bağlı qapılar ardında ola bilər. Əsas olan onun təkcə beynəlxalq ictimaiyyət yox, eləcə də Qarabağ əhalisinə görünən olmasıdır. Bunun özü beynəlxalq ictimaiyyətin fərqli imkanlarla prosesə cəlb edilməsinə zəmin yaradır”.

Azərbaycan bundan öncə dəfələrlə Xankəndidəki ermənilərlə təmaslar quracağını, amma bunu öz qanunlarına uyğun olaraq edəcəyini bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu