"Heç Ermənistanın sərhədlərini tanımırlar"

26 Fevral 2023 13:30 Problem 792
"Heç Ermənistanın sərhədlərini tanımırlar"

“Söhbət Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağından yox, KTMT-nin Ermənistanı tərk edib-etməməsindən gedir. KTMT Ermənistanın sərhədlərini tanımır, bu, ciddi problemdir, çünki sərhəd yoxdursa, deməli, məsuliyyət sahəsi də yoxdur”.

Bunu yerli FactorTV-yə müsahibəsində Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan deyib.

Ermənistana qaz nəqlinin müvəqqəti dayandırılmasına toxunan Qriqoryan izah edib ki, Rusiya tədarüklə bağlı problemin texniki xarakter daşıması barədə məlumat verib.

“Ümid edirəm ki, bu, texniki problemdir. Əgər Ermənistan qaz və ya başqa istiqamət problemi ilə üzləşsə, o zaman biz, alternativ yollar üzərində düşünəcəyik.

Ermənistan üçün əsas məsələ öz problemlərini həll etməkdir. Və həll yollarının axtarışı müxtəlif yerlərdə aparılacaq. Problemlər yaranarsa, onların həlli üçün bütün addımları atmağa hazırıq”, - deyə o, qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu