«Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanov AFFA-nın baş katibi Sərxan Hacıyevi «yerdən yerə vurub».
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində federasiyanı idarə edən şəxsin ünvanına bir-birindən sərt tənqidlər səsləndirib.
Bildirib ki, Hacıyevin futboldan başı çıxmır, mənasız və məntiqsiz addımlar atır:
«Sərxan Hacıyev gedib Premyer Liqa klublarının baş məşqçiləri ilə təkbətək görüşlər keçirir. Yanında da bir futbol adamı da yox.
Bu, hansı məntiqə sığır? O, baş məşqçilərlə görüşdə nədən danışa, hansı məsləhətlər ala bilər?
Taktikadan, oyunun qurulmasından danışırlar? Axı Hacıyevin vəzifəsi futbolun ümumi idarəetməsidir.
Bu adam kabinetdən çıxmır. Tədbirə gedir, şəkil çəkdirir, sonra yenə gedib girir o kabinetə. Veteranlara hörmətlə yanaşmır, onları yaxına buraxmır, məsləhətləşmir».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

