“Kəpəz”lə “Şamaxı” arasında baş tutan oyunda qonaqların futbolçusu Əli Səmədov diqqət mərkəzində idi.
7 il Gəncə təmsilçisinin uğurları üçün tər tökən, Tərlan Əhmədovun baş məşqçi postuna sahiblənməsindən sonra baş məşqçinin istəyi ilə əsas komandadan uzaqlaşdırılan kapitan oğma şəhərinə qonaq qismində təşrif buyurmuşdu.
Yarımmüdafiəçi əsas heyətdə yer almasa da, oyuna sonradan qoşuldu. Çox çalışsa da, komandasını məğlubiyyətdən qurtarmaq üçün heç nə edə bilmədi.
Maraqlıdır, Gəncə səfəri zamanı Səmədovla Tərlan Əhmədovun münasibətləri hansı çərçivədə olub? Oyundan əvvəl və ya sonra üz-üzə gələndə bir-birinə qarşı necə davranıblar?
“Şamaxı”nın üzvü Sportinfo.az-a açıqlamasında heç kimin bilmədiyi faktın üstünü açıb. Sən demə...:
“Oyundan əvvəl məşqə çıxanda üz-üzə gəldik. Əl sıxıb salamlaşdıq. Başqa söhbətimiz olmadı”.
Premyer Liqanın 23-cü turu çərçivəsində baş tutan “Kəpəz” – “Şamaxı” görüşündə meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanıb.
HƏBİB

