Vardanyan yaxın günlərdə Xankəndini tərk edəcək? - Erməni nəşri yazır ki...

21 Fevral 2023 18:50 Problem 666
Vardanyan yaxın günlərdə Xankəndini tərk edəcək? - Erməni nəşri yazır ki...

Separatçı Ruben Vardanyan yaxın günlərdə Xankəndini tərk edə bilər.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Artıq bir müddətdir ki, Vardanyanın yaxın vaxtlarda “istefa” verəcəyi ilə bağlı məlumatlar dolaşır. Məlumatımıza görə, artıq bu məsələ həll olunub və Rusiya buna qarşı deyil, ona görə də bir neçə günə “fərman” veriləcək”, - qəzet bildirir.

Nəşr Vardanyanın Xankəndidən gedəcəyi “konkret tarix”i də göstərib. Mənbənin iddiasına görə, baş separatçı Araik Arutyunyan Vardanyanın “post”undan uzaqlaşdırılması xəbərini fevralın 23-də verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi