“Neftçi”, “Qəbələ” və “Zirə”də nə sıxıntılar var?

27 Noyabr 2022 11:00 Problem 487
“Neftçi”, “Qəbələ” və “Zirə”də nə sıxıntılar var?

Premyer Liqanın 15-ci turu bir neçə futbolçu üçün tamaşa meydanı olacaq.

Noyabrın 27-29-da keçiriləcək oyunları 4 futbolçu kənardan izləmək məcburiyyətindədir.

Cəzalılar “Zirə”dən Təmkin Xəlilzadə, “Qəbələ”dən Ruan Renato, "Sumqayıt"dan Vüsal İsgəndərli, “Neftçi”dən Kenni Sayefdir.

13-cü turda yol verdikləri nöqsana görə hərəsinə 5 oyunluq cəzalanan “Sumqayıt”ın baş məşqçisi Samir Abasovla “Şamaxı”nın qapıçılarla çalışan məşqçisi Anar Niftəliyev texniki zonada yer almaqdan məhrum olub.

Noyabrın 27-də “Neftçi” – “Səbail”i qəbul edəcək, 1 gün sonra “Şamaxı” – “Kəpəz”, “Qarabağ” – “Zirə” oyunları baş tutacaq. Noyabrın 29-da isə “Turan Tovuz” - “Sabah”, “Sumqayıt” – “Qəbələ” matçlarına şahidlik edəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!