Məşhur hücumçu göz yaşı tökdü: Onun üçün DÇ-2022 bitdi? - FOTO

25 Noyabr 2022 19:20 Problem 614
Məşhur hücumçu göz yaşı tökdü: Onun üçün DÇ-2022 bitdi? - FOTO

Braziliya millisinin həkimi Rodriqo Lasmar komandanın lideri Neymarın durumu ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, hücumçunun vəziyyətinə müayinələrdən sonra aydınlıq gələcəyini bildirib:

“Neymarın sağ topuğu burxulub. Futbolçunun ayağında şişlik var idi və dərhal ilkin tibbi yardım göstərdik.

Onunla bağlı durum müayinə və fizioterapiyadan sonra aydınlaşacaq. Müalicəsi üçün 24-48 saat gözləməliyik”.

Braziliya mətbuatı isə Neymar üçün mundialın bitdiyini yazır.

Braziliya millisinin ulduzu Neymar Serbiyaya 2:0 hesabı ilə qalib gəldikləri matçda zədələnib. O, 80-ci dəqiqədə xəsarət alaraq meydanı tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti