Azərbaycanlı FIFA referisindən MARAQLI ETİRAF

25 Noyabr 2022 02:30 Problem 545
Azərbaycanlı FIFA referisindən MARAQLI ETİRAF

"Dərindən düşünəndə, bizim hakimlik məktəbi dünya və Avropa çempionatına tam hazır deyil".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında FIFA referisi, hazırda oyunları idarə etməyən Rəhim Həsənov Azərbaycan hakimlərinin dünya və Avropa çempionatlarına təyinat alma perspektivləri barədə danışarkən deyib.

O bildirib ki, FIFA böyük futbol ölkələrini ədalət təmsilçilərini kənarda saxlayıb, azərbaycanlı referiləri nüfuzlu yarışlara dəvət etməz: "Amma ümid yenə də sonda ölür".

Qətərdə keçirilən dünya çempionatında hakimlərin idarəçiliyinə də toxunan Həsənov bəzi oyunlarda xırda səhvlərə yol verilməsinin normal olduğunu söyləyib:

"Böyük turnirlərdə xırda səhvlər kölgədə qalır. Ümumi götürsək, səviyyə yaxşıdır. Qaldı ki hakimlərin oyuna əlavə dəqiqələri (itirilmiş vaxt) çox artırmasına, bu, sırf yenilikdir.

Bilirsiniz ki, dünya çempionatı 4 ildən bir keçirilir. Bu səbəbdən vaxtın çox olması azarkeşləri sevindirir. Məncə, qərar sırf FİFA tərəfindən yalnız bu turnirə şamil olunub".

Onun sözlərinə görə, mundialdakı yeniliklərdən biri də VAR hakimlərinin sayının çox olmasıdır:

"Əlavə elektron innovasiyalardan istifadə edirlər. Toplarda epizodun ofsayd olub-olmadığını daha tez müəyyənləşdirməyə kömək edən mikro çiplər yerləşdirilib.

Bundan başqa, hakim-inspektorlardan bu turnirdə istifadə olunmur. Onları video-analitiklər (FİFA inspektorları) əvəz edib".

Digər Xəbərlər
Xəbər Lenti