AFFA-nın vəzifəli şəxsi 3 nəfərin “qələmini qırdı” - MÜBAHİSƏLİ VİDEO

24 Noyabr 2022 20:00 Problem 590
AFFA-nın vəzifəli şəxsi 3 nəfərin “qələmini qırdı” - MÜBAHİSƏLİ VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek sərt cəza tədbiri görüb.

Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən «Kəpəz» - «Turan Tovuz» qarşılaşmasının (0:0) idarəçiliyi türkiyəli funksioner tərəfindən bəyənilməyib.

O, qərb derbisinə təyinat almış Rəşad Əhmədovu qeyri-müəyyən müddətə Premuer Liqadan kənarlaşdırıb.

Həmçinin oyunun VAR hakimi Kamal Umudlu da sədrin “qara siyahı”sına düşüb. Demə, Umudlu 2 epizodda Əhmədovu VAR kamerasına baxmağa çağırçalı olsa da, üzərinə düşən işi görməyib.

Matçın hakim-inspektoru Munis Abdullayev də Barış Şimşekin cəzasından yayına bilməyib. Hakimlərə yüksək qiymət yazması səbəbindən. abdullayev bir neçə tur Premyer Liqaya təyinat almayacaq.

Qonaq komandaya 4 sarı vərəqə göstərmiş Rəşad Əhmədov ev sahiblərinə simpatiya bəsləyib.

Matçdə yaşanan mübahisəli epizodları gözdən keçirən Şimşəkin diqqətini baş hakimin «Kəpəz»in futbolçularını cəzalandırmaq istəməməsi çəkib. Xüsusən Giorgi Kantariya ilə bağlı.

Belə ki, gürcüstanlı yarımmüdafiəçi təkcə ilk hissədə «Turan»ın oyunçularına qarşı 5 «foul» edib. Qonşu ölkədən dəvət edilmiş legioner fasilədən sonra daha 4 epizodda qaydaları pozub.

Bütün bu hallara baxmayaraq, Əhmədova ona «sarı» göstərməyib, hər dəfə şifahi xəbərdarlıqla kifayətlənib. Bu isə Kantariyanı cəzalı duruma düşməkdən qurtarıb.

Passivində 3 sarı vərəqə alan orta sahə oyunçusu cəzalansaydı, növbəti turda «Şamaxı» ilə qarşılaşmanı buraxmalı olacaqdı.

Ümumiyyətlə, adı vaxtilə dillərdə dolaşan Rövşən Əhmədovun oğlunun cari mövüsmdəki performansı qeyri-sabitdir.

Və maraqlısı odur ki, Barış Şimşək artıq bir dəfə onu sərt cəzalandırıb, özü də yenə «Turan Tovuz»un oyununa görə.

Belə ki, mingəçevirli referi Tovuzda keçirilən “Turan” – “Qəbələ” matçında (0:2) fit çalıb. O, ev sahiblərindən Piruzi Marakvelidzeni 32-ci dəqiqədə meydan uzaqlaşdırıb.

Səbəb gürcü legionerin rəqibə açıq ayaqla xəsarət yetirməsidir. Türkiyəli funksionerin fikrincə, baş hakim bu epizodda sarı vərəqə ilə kifayətlənə bilərdi.

Şimşəyi məmnun etməyən digər fraqment 58-ci dəqiqəyə təsadüf edib. Yaxın məsafədən qapıya vurulan zərbə zamanı top Eltun Turabovun “əlini tapıb”.

Baxmayaraq ki, top öncə dizə dəyərək ələ toxunub, R.Əhmədov “Turan”ın qapısına penalti təyin edib.

VAR hakimi Nicat İsmayıllı epizoda qiymət verməyə çəkinib və hər şeyi meydandakı referinin öz öhdəsinə buraxıb.

Penalti nöqtəsinə yaxınlaşan İsnik Alimi hesabı açıb, ardınca Rafael Utrix fərqlənib.

R.Əhmədov Tovuzdakı matçdan sonra 5 tur Premyer Liqaya baş hakim olaraq təyinat almayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"