Millinin müdafiəçisinin çənəsi sındı, hökümət ona təyyarə ayırdı

23 Noyabr 2022 13:40 Problem 474
Millinin müdafiəçisinin çənəsi sındı, hökümət ona təyyarə ayırdı

Qətərdə keçirilən dünya çempionatında Argentina ilə oyunda zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Al Şahraninin durumunun ciddi olduğu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.

Oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Şahraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.

Yığmanın qapıçısı Məhəmməd Əl-Ovais matçda komanda yoldaşını zədələyib.

Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Al Şahranini vurub.

Digər Xəbərlər
Xəbər Lenti