Ermənilər şübhələnib: “Bizi satacaqlar...”

23 Noyabr 2022 13:30 Problem 366
Ermənilər şübhələnib: “Bizi satacaqlar...”

Ermənistanın son aylar anti-Azərbaycan fəaliyyətini gücləndirərək Senatda və Frankofoniya Təşkilatında qəbul edilmiş qondarma qərarlar erməni siyasətçilərində sevinc yaratmayıb.

Siyasi elmlər doktoru Artur Xaçikyanın yerli mediaya istinadən dedikləri bunun təsdiqidir.

“Biz daha emosional yanaşırıq. Pelosinin səfərini xatırlayın, vədlər verildi, amma bundan sonra heç nə olmadı. Fransaya gəlincə, iki il əvvəl Fransa Senatı Fransanı "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qətnamə qəbul edib. Heç bir təsiri olmadı. Sonra Makronun çox gözəl çıxışı oldu, o, Ermənistanın və ermənilərin yanında olduğunu və erməniləri tərk etməyəcəyini söylədi - yenə də heç nə", - deyə Xaçikyan şikayətlənib. Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsindən danışan Xaçikyan deyib ki, “bu qərar çətin ki, hər hansı real nəticəyə gətirib çıxara biləcək”. Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci zirvə toplantısında Azərbaycanı təcavüzdə ittiham etmək cəhdlərinin alınmaması da erməni siyasi ekspertləri “Emmanuel Makronun imicinə vurulan güclü zərbə” hesab edirlər. Politoloq Argişti Kiviryan bildirib ki, Fransa ermənilərlə flört etməkdə kifayət qədər zəngin təcrübəyə malikdir. O hesab edir ki, indi Fransa qətnaməni Azərbaycanla “ticarət” obyektinə çevirəcək. Politoloq deyib ki, “əgər Fransa doğrudan da İrəvana kömək etmək istəsəydi, o zaman müharibə zamanı Ermənistanı silah, sursat və kəşfiyyat məlumatları ilə təmin edərdi”.

Politoloq bildirib ki, “Azərbaycan fransızların yaratdığı peyk sistemlərindən kifayət qədər çoxlu kəşfiyyat məlumatı alır. Əgər Fransa hazırda Ukraynaya verilən silahların ən azı 10 faizini Ermənistana versəydi, bu, indiki bütün, hətta hüquqi qüvvəsi olmayan bəyanatlardan 100 dəfə təsirli olardı. Siyasətdə belə bəyanatlara qarşı tərəfə, indiki halda Azərbaycana ünvanlanan "ticarət təklifləridir". Beynəlxalq münasibətlər üzrə ekspert Suren Sərkisyan da təxminən eyni pessimist ruhda danışıb. O, senatın Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini tövsiyə xarakterli olduğunu bir daha vurğulayır. “Avropa Parlamentlərinin Bakı və Ankara ilə bağlı onlarla belə tövsiyə xarakterli qətnamələri var, amma heç bir dəyəri yoxdur”, - deyə o bildirib.

Daha bir erməni politoloq Stepan Danielyanın fikrincə isə Fransa Cənubi Qafqaz regionunda baş verən proseslərə təsir etmək istəyir və Paris “böyük ticarətdə” Ermənistanın tərəfində olmağa məcburdur. O hesab edir ki, Paris Azərbaycan və Türkiyədən müəyyən dividentlər müqabilində Ermənistanın maraqlarını asanlıqla qurban verə bilər. Göründüyü kimi, Paşinyandan fərqli olaraq, erməni ekspertlər əslində nə baş verdiyinin fərqindədirlər. Hətta indi onlara ən yaxın olan Makrona belə şübhə edirlər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı