“Bir neçə gün əvvəl sərhəddə əsgər öldü, müşahidəçilər nə etdilər - heç nə”

22 Noyabr 2022 02:40 Problem 375
“Bir neçə gün əvvəl sərhəddə əsgər öldü, müşahidəçilər nə etdilər - heç nə”

“Beynəlxalq siyasətdə hər şey maraqlar və güc münasibətləri üzərində qurulur, amma bunu etiraf etmək bizim üçün adət deyil”.

Bunu erməni politoloq, siyasi elmlər doktoru Artur Xaçikyan “Dünyada baş verən proseslərin Ermənistana təsiri” mövzusunda keçirilən müzakirə zamanı deyib.

“Biz məsələlərə daha emosional yanaşırıq. Pelosinin səfərini xatırlayın, onun bizi qoruyacağına dair vədlər verildi, hətta xilaskar sözü işlədildi.

Bundan sonra heç nə olmadı. Fransaya gəlincə, iki il əvvəl Fransa Senatı Fransanı “DQR”i (qondarma-red.) tanımağa çağıran qətnamə qəbul etdi.

Heç bir təsiri olmadı. Daha sonra Makronun çox gözəl çıxışı oldu, o, Ermənistanın və ermənilərin yanında olduğunu, erməniləri tərk etməyəcəyini bildirdi, hazırda burada qalan müşahidəçiləri göndərdi.

Bir neçə gün əvvəl sərhəddə bir əsgər öldü, Qarabağda sakinlərə hücum oldu (?), müşahidəçilər nə etdi, heç nə ”,-deyə o, bildirib.

Fransa Senatının hökuməti Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsindən danışan Artur Xaçikyan bu qərarın müəyyən mənəvi-siyasi əhəmiyyət daşıyacağını, lakin bunun hər hansı real nəticələrə səbəb olacağını düşünmədiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti