“Mənim kim olduğumu hamı bilir, nə vaxt istəsəm, danışıram”

21 Noyabr 2022 22:00 Problem 436
“Mənim kim olduğumu hamı bilir, nə vaxt istəsəm, danışıram”

Portuqaliya millisinin lideri Kriştiano Ronaldo DÇ-2022 haqda reportaj hazırlayan jurnalistlərdən komanda yoldaşlarına onun haqda suallar verməmələrini istəyib.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu qəfil mətbuat konfransı keçirilən otağa daxil olub.

"Mançester Yunayted" və yığmadakı komanda yoldaşı Bruno Fernandeşlə sosial mediada yayılan görüntüləri haqda danışan forvard deyib:

"Təyyarəsi gecikdi, ona "gəmi ilə gəldin?" deyə sual verdim. Xahiş edirəm, futbolçulara mənim haqqımda suallar verməyin".

Jurnalistlərə "güllə keçirməz" və "dəmir kimi sağlam" olduğunu deyən Ronaldo Pyers Morqana verdiyi müsahibə ilə əlaqədar isə bunları söyləyib:

"Zamanlama həmişə eynidir. Vaxtı necə seçə biləcəyimizə baxmaq sizin üçün asandır. Başqa nələr olacağı barədə narahat olmağa dəyməz.

İnsanların düşündüyü ilə bağlı həyəcanlanmağa ehtiyac yoxdur. Mən nə vaxt istəsəm, danışıram. Mənim kim olduğumu, nəyə inandığımı hamı bilir”.

Ronaldo bir neçə gün əvvəl verdiyi qalmaqallı müsahibə ilə gündəmdədir. O, "Mançester Yunayted"i tənqid edib. Buna görə klubu ilə Bruno Fernandeş Ronaldodan narazı qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı