"Zirə" bəyənəcək, ya yox, deyə bilmərəm - Gəlib baxdılar"

21 Noyabr 2022 19:40 Problem 827
"Zirə" bəyənəcək, ya yox, deyə bilmərəm - Gəlib baxdılar"

“Stadionun ümumi vəziyyəti qənaətbəxşdir.

Paltardəyişmə və duş otaqları normaldır, elə bir problem yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun direktoru Akif Hüseynov deyib.

Noyabrın 23-də Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində şəhərin eyniadlı komandası Premyer Liqa təmsilçisi “Zirə”ni qəbul edəcək.

“Qartallar”ın rəsmisi bir neçə gün əvvəl Mingəçevirə səfər edərək şəraitlə yerində tanış olub. Lakin qazonun durumu qonağı razı salmayıb.

“Zirə” oyunun yerinin dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etsə də, yarışı təşkil edən və keçirən qurum məktuba isti yanaşmayıb.

Odur ki, oyun əvvəldən nəzərdə tutulan stadionda keçiriləcək. Akif bəy saytımıza açıqlamasında örtüyün son durumu haqda məlumat verib:

"Bildiyiniz kimi, meydan ot deyil, çayırdır. Belə olduğu halda qış aylarında saralma yaşanır.

Yay ayları ilə müqayisədə vəziyyət bir qədər fərqlidir. "Mingəçevir" Birinci Divizionda rəqiblərini burada qəbul edir.

Amma "Zirə" bəyənəcək, ya yox, deyə bilmərəm. Bir neçə gün əvvəl gəlib baxmışdılar".

Arenanın əsas söz sahibi son aylarda mərkəzi tribunalarda 2 min yeni oturacağın quraşdırıldığını, daha 2 min oturacağın da yerləşdirilməsi yönündə iş getdiyini sözlərinə əlavə edib.

Noyabrın 23-də keçiriləcək "Mingəçevir" - "Zirə" oyunu saat 14:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti