"Etiraf edirəm, bizim ölkədə şərait, durum yaxşı deyil, insanlar xoşbəxtlikdən uzaqdır"

21 Noyabr 2022 15:40 Problem 816
"Etiraf edirəm, bizim ölkədə şərait, durum yaxşı deyil, insanlar xoşbəxtlikdən uzaqdır"

Bu gün dünya çempionatının qrup mərhələsində ilk oyununa çıxacaq İran yığmasının kapitanı Ehsan Haysafi ölkəsində keçirilən etiraz aksiyalarından danışıb.

Sportinfo.az xəbər verir ki, İngiltərə ilə oynayacaq asiyalıların futbolçusu bunları deyib:

“Aksiya iştirakçıları bilməlidir ki, biz təəssüflənirik. Etiraf edirəm, bizim ölkədə şərait, durum yaxşı deyil, insanlar xoşbəxtlikdən uzaqdır. Biz burda olsaq da, xalqımızın səsini dünyaya çatdırmalıyıq.

İnsanlarımıza borcluyuq və onlara hörmət etməliyik. DÇ-dəki qollarımızı İran xalqına həsr edəcəyik. Ümid edirəm ki, ölkəmizdə durum dəyişəcək və insanlar sevinəcək, xoşbəxt olacaq”.

Artıq iki aydan coxdur İranda 22 yaşlı Məhsa Əmininin çarşabını çıxardığı üçün polislər tərəfindən öldürülməsinə etiraz olaraq etiraz aksiyaları keçirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti