Ronaldo Messi ilə fotodan danışdı: “Ümidliyəm ki, mat edən olacam”

21 Noyabr 2022 15:20 Problem 437
Ronaldo Messi ilə fotodan danışdı: “Ümidliyəm ki, mat edən olacam”

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo Lionel Messi ilə brend markalardan biri üçün çəkilən fotosundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, ölkəsinin mediasına açıqlamasında Qətərdə keçirilən dünya çempionatında rəqiblərini mat edəcəyinə ümidli olduğunu bildirib:

“Ümidliyəm ki, dünya çempionatında rəqibləri mat edərəm. Sizdən xahişim isə budur ki, digər oyunçular haqqında danışandan məndən söz açmayın. Onların özləri haqqında sual verin”.

Ulduz forvard “Mançester Yunayted”də və yığmada komanda yoldaşı olan Bruno Fernandeşin onunla görüşməməsi ilə bağlı yayılan video haqda da danışıb: “Bruno təyyarəyə gecikdi və ona “gəmi ilə gəldin” deyə sual verdim. Başqa heç bir problem olmayıb”.

Kriştianu Pirs Morqana verdiyi qalmaqallı müsahibədən də söz açıb: “Mən hər zaman doğru vaxtı seçirəm. Sizin tərəfdən buna baxmaq asandır.

Başqalarının nə düşündüyü barədə narahat deyiləm. Mən istədiyim zaman danışaram. Hər kəs mənim kimliyimi və nəyə inandığımı bilir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"