AzTV İranı yenə sərt tənqid etdi: Nə olub, baba? - VİDEO

21 Noyabr 2022 13:30 Problem 400
AzTV İranı yenə sərt tənqid etdi: Nə olub, baba? - VİDEO

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov aparıcısı olduğu “Həftə” proqramının son buraxılışda İranın Azərbaycana qarşı tutduğu mövqeyi sərt şəkildə tənqid edib.

Aparıcı İran mediasının son günlərdə Azərbaycanı borclu çıxarmağa çalışdığını qeyd edib. O, rəsmi Tehranın Azərbaycana qarşı tezislərinin artdığını da vurğulayıb.

“İran televiziyası və sosial şəbəkələrində yanlız dövlətimiz, xalqımız və dilimizlə bağlı deyil, Azərbaycan kanalları və aparıcıları haqqında da sərt, təhqir və hədə dolu verilişlərin geniş yayıldığının fərqindəyik.

Nə olub, baba? Niyə narahatlıq hələ də davam edir? Biz ki sənin kimi asarıq, kəsərik, öldürərik, basdırarıq demirik. Yanlız cənublu 35 milyon azərbaycanlıya salam söyləyirik“, - Rövşən Məmmədov vurğulayıb

Digər Xəbərlər
Xəbər Lenti