Bu hücumçu DÇ-2022-də iştirak etməyəcək - Argentina millisində yeni problem

19 Noyabr 2022 10:20 Problem 562
Bu hücumçu DÇ-2022-də iştirak etməyəcək - Argentina millisində yeni problem

Argentina millisi bu il Qətərdə keçiriləcək dünya çempionatından əvvəl itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, "İnter"dən yığmaya cəlb olunan Xoakin Korrea mundialı buraxacaq.

28 yaşlı hücumçu sol ayağından zədə alıb. Korreanın yerinə komandaya ABŞ-ın MLS liqasında çıxış edən "Atlanta"nın hücumameyilli yarımmüdafiəçisi Tiaqo Almada çağırılıb.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Argentina C qrupunda Meksika, Polşa və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti