Belçika yığmasının yarımmüdafiəçisi “Qarabağ”ın qarşısına çıxmayacaq?

18 Noyabr 2022 16:20 Problem 433
Belçika yığmasının yarımmüdafiəçisi “Qarabağ”ın qarşısına çıxmayacaq?

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi olan “Gent” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Matis Samoyse zədələnib.

Belçika U-21 millisinin də üzvü olan 20 yaşlı orta sahə oyunçusu “Kortreyk”lə çempionat matçının 25-ci dəqiqəsində sıradan çıxıb.

“Qarabağ” pley-offunda “Gent”lə qarşılaşacaq. Tərəflər arasında ilk matç fevralın 16-da Bakıda, cavab oyunu isə 1 həftə sonra Gent şəhərində keçiriləcək.

Samoysenin bu qarşılaşmalarda forma geyinməsi sual altındadır. Həkim müayinəsi onun aldığı xəsarətin ciddi olmasını üzə çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!